Naxçıvanda 145 yeni iş yerinin  yaradılması nəzərdə tutulur

Naxçıvanda 145 yeni iş yerinin yaradılması nəzərdə tutulur

24 İyul 2026

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2026-cı ilin birinci yarımilində maliyyələşdirilmiş güzəştli kredit məbləğinin 61,5 faizi kənd təsərrüfatı, 25,3 faizi xidmət, 13,2 faizi isə sənaye sahələrinə yönəldilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, maliyyələşdirilmiş kreditlər hesabına 145 yeni iş yerinin yaradılması nəzərdə tutulur.