Zöhrəvi xəstəlikləri yayan şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi? -

Zöhrəvi xəstəlikləri yayan şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

24 İyul 2026

Sual:  Zöhrəvi xəstəlikləri yayan şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?

Cavab: Zöhrəvi xəstəlikləri yayma cinayət məsuliyyəti yaradır və Cinayət Məcəlləsinin 139-cu maddənin sanksiyasına əsasən özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov