Bu şəxslər övladlığa uşaq götürə bilərmi? -

Bu şəxslər övladlığa uşaq götürə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

27 İyul 2026

Sual:  Aralarında nikah olmayan şəxslər uşağı övladlığa götürə bilərlərmi?  

Cavab: Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.  Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov