Ordubadın yeni icra başçısı kimdir?

Ordubadın yeni icra başçısı kimdir?

04 Avqust 2026

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" yeni icra başçısının dosyesini təqdim edir:

Nurlan Rauf oğlu Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub.

Ali təhsilini Naxçıvan Dövlət Universitetində alıb. O, "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayıb.

Sonrakı illərdə Naxçıvanbank ASC-nin Culfa rayon filialının müdiri vəzifəsində çalışıb.

2017-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsində əvvəlcə sektor müdiri, daha sonra şöbə müdiri kimi fəaliyyət göstərib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsini icra edib.

Prezident İlham Əliyevin 4 avqust 2026-cı il tarixli sərəncamı ilə Nurlan Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.