Müqavimət göstərməyə görə məsuliyyət nəzərdə tutulubmu? -

Müqavimət göstərməyə görə məsuliyyət nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ

04 Avqust 2026

Sual: Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməyə görə  məsuliyyət nəzərdə tutulubmu?

Cavab: Bəli Cinayət Məcəlləsinin 307.1- ci maddəsinə əsasən  Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə–

iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov  tərəfindən cavablandırılıb.