Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 5,6% artıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 5,6% artıb

12 Avqust 2026

Naxçıvan Muxtar Respublikasında 1 avqust 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 8,3 faiz artaraq 24.227, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,6 faiz artaraq 657 olub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 18,8 faiz artıb və 7.235 təşkil edib.