Naxçıvanda 45 istilik qazanxanası əsaslı təmir olunacaq

Naxçıvanda 45 istilik qazanxanası əsaslı təmir olunacaq

12 Avqust 2026

Naxçıvan Muxtar Respublikasında istilik infrastrukturunun yenilənməsi istiqamətində işlər aparılacaq.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 122 yaşayış binasının 5 335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri nəzərdə tutulur.

Bu məqsədlə müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon manat vəsait ayrılıb.

Təmir işlərinin istilik təchizatının yaxşılaşdırılmasına və yaşayış binalarında kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəyi gözlənilir.