Naxçıvanda şəhərlərarası ictimai nəqliyyat parkı yenilənəcək

Naxçıvanda şəhərlərarası ictimai nəqliyyat parkı yenilənəcək

12 Avqust 2026

Naxçıvanda şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi istiqamətində yeni layihə həyata keçiriləcək.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat vəsait ayrılıb.

Layihənin Naxçıvanda şəhərlərarası sərnişindaşıma xidmətlərinin yenilənməsinə və nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə xidmət etməsi nəzərdə tutulur.