Azərbaycanda 46 partlayış qeydə alınıb
Azərbaycanda 2026-cı ilin I yarımilində respublika ərazisində 46 partlayış hadisəsi olub.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu 2025-ci ilin I yarımı ilə müqayisədə 22 hadisə və ya 92 % çoxdur.
Belə ki, partlayışlar zamanı 4 nəfər həlak olub, 56 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həlak olanların sayı 2 nəfər, xəsarət alanların sayı isə 18 nəfər artıb.








