Müdafiə Nazirliyində mülki işçilərin maaş qaydaları təsdiqləndi
Azərbaycan Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləğləri müəyyən edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib.
Müdafiə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.








