Məşhur Ordubad hamamı bərpa olunacaq
Ordubad hamamının bərpası işləri aparılacaq.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən məlumat əldə edib.
Belə ki, qurum bununla əlaqədar müvafiq hazırlıq işlərinə başlayıb.
İlk növbədə bərpa üzrə layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.
Qeyd edək ki, hamam Ordubad şəhərinin mərkəzində, Came məscidinin yaxınlığında yerləşir. XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş bu hamamın ümumi sahəsi 483 kvadratmetrdir. XVIII-XIX əsrlərə aid edilən abidədə 2009-cu ildə bərpa işləri aparılıb.








