Yay otlaq sahələrində fermerlərlə maarifləndirici görüşlər davam etdirilir

Yay otlaq sahələrində fermerlərlə maarifləndirici görüşlər davam etdirilir

17 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonundakı “Pir yurdu” adlanan yay otlaq sahəsində fermerlərlə maarifləndirici görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Ülvi Hacızadə, Nazirliyin və tabeli qurumlarının əməkdaşları, həmçinin fermerlər iştirak ediblər.

Görüş zamanı fermerlərlə yay otlaq sahələrindən düzgün və səmərəli istifadə, təbii sərvətlərin qorunması, ətraf mühitin mühafizəsi, ekoloji davamlılığın təmin olunması və mövsümi risklər barədə maarifləndirici söhbətlər aparılıb.

Ülvi Hacızadə fermerlərlə səmimi fikir mübadiləsi apararaq onların qarşılaşdıqları çətinlikləri və təklifləri dinləyib. Səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.

Görüşün əsas məqsədi yay otlaq sahələrindən davamlı və məsuliyyətli istifadənin təşviqi, təbii sərvətlərin qorunması və yaylaq istifadəçiləri arasında ekoloji maarifləndirmənin gücləndirilməsidir.