Babək rayonunda  payızlıq şum işlərinə başlanılıb

Babək rayonunda payızlıq şum işlərinə başlanılıb

18 Avqust 2026

Babək rayonunda növbəti əkin mövsümünə hazırlıq çərçivəsində payızlıq şum işlərinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda rayonun müxtəlif ərazilərində fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən əkin sahələrinin şumlanması həyata keçirilir.

Hazırda rayon üzrə 500 hektara yaxın sahə şumlanıb. Fermerlər və torpaq mülkiyyətçiləri sahələrin növbəti əkin mövsümünə vaxtında hazırlanması məqsədilə işləri davam etdirirlər.

Payızlıq şum torpağın əkinə hazırlanmasının mühüm mərhələlərindən biridir. Torpağın vaxtında şumlanması onun yumşaldılmasına, nəmliyin qorunmasına və əkin üçün əlverişli şəraitin yaradılmasına kömək edir.

Rayonun əkin sahələrində şum işlərinin aqrotexniki qaydalara uyğun və vaxtında aparılmasına diqqət yetirilir. Görülən işlər torpaqların növbəti əkin mövsümünə hazırlanmasına və gələcək məhsuldarlıq üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.