Anar Babayev Əliabad qəsəbəsində vətəndaşları qəbul edəcək

Anar Babayev Əliabad qəsəbəsində vətəndaşları qəbul edəcək

18 Avqust 2026

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev Əliabad qəsəbəsində vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev avqustun 21-də Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək.

Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur. 

Məlumat və əlaqə üçün: (036) 545-01-71