Şahbuzda iki saatlıq elektrik enerjisi fasiləsi olacaq

Şahbuzda iki saatlıq elektrik enerjisi fasiləsi olacaq

13 Avqust 2026

Avqustun 14-də Şahbuz rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə,  35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan Qəsəbə-1 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.

Bununla əlaqədar olaraq, avqustun 14-də saat 12:30-dan 14:30-dək Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentlərinin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.