Naxçıvanın bəzi ərazilərində su kəsiləcək

Naxçıvanın bəzi ərazilərində su kəsiləcək

14 Avqust 2026

Avqustun 14-də Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində diametri 355 mm olan su xəttində qəza baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar Naxçıvan şəhərinin M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə və Azərbaycan küçələri, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində suyun verilişində müvəqqəti fasilələr yaranacaq.

Ümumilikdə qeyd olunan ərazilərdə 7611 abonentin su təchizatında müvəqqəti fasilə yaranacaq. Qəzanın aradan qaldırılması məqsədilə hazırda təmir-bərpa işləri aparılır. Problemin qısa müddətdə aradan qaldırılması və suyun verilişinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaqdır.