Kazım Hüseynəliyevin Ordubadda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kazım Hüseynəliyevin Ordubadda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

07 Avqust 2026

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin Ordubad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, avqustun 11-nə planlaşdırılan qəbul avqustun 13-də saat 10:00-da keçiriləcək.

Qəbul 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhəri, H. Əliyev prospekti, 80A ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında baş tutacaq.

Vətəndaşlar qəbula yazılmaq üçün İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.