Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 31,4%  artıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 31,4% artıb

22 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində ümumilikdə 6004 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunlardan 2137-si daşınmaz əmlakın texniki pasportu, 3867-si isə torpaq sahəsinin planı və ölçüsüdür.

Hesabat dövründə 582 torpaq sahəsi, 102 mənzil, 79 fərdi yaşayış evi, 66 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 873 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.