Şahin Mirzəyev Ordubadda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev Ordubad rayon sakinlərini qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 17-si saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ordubad rayon sakinlərinin qəbulu aparılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı 16 sentyabr 2026-cı il tarixində saat 11:00-dan etibarən Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.
Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.








