İlham Əliyevin müşavirədəki çıxışından video paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosu paylaşılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident bu videoda işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləri barədə danışıb.
"Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq", - dövlət başçısı bildirib.








