Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb

Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb

22 Sentyabr 2026

Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara bildiriş ünvanlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"İran İslam Respublikasından Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğv edilməsi ilə əlaqədar hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə! Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş və reyslərin ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycanla İran arasında fəaliyyət göstərən quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə qayıdışına köməklik göstərilməsi və qayıdışın təmin edilməsi üçün vətəndaşlarımızdan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur", - bildirişdə vurğulanıb.

Qeyd olunub ki, İran aviaşirkətlərindən Azərbaycana bilet alan Azərbaycan vətəndaşlarının biletlərinin qaytarılması üçün həmin aviaşirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə olunur:

"Əlavə məlumat və dəstək üçün: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin qaynar xətt nömrələri: +989018845531 +989055230107 +982122596303 Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətt nömrələri: +989144721410 +984133334802".

https://x.com/AzEmbIran/status/2102457309267964284