Naxçıvanda gənclərin vətənpərvərlik yürüşü keçiriləcək

Naxçıvanda gənclərin vətənpərvərlik yürüşü keçiriləcək

15 Sentyabr 2026

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Naxçıvan şəhərində “Suverenliyimiz qürurumuzdur” şüarı ilə vətənpərvərlik yürüşü keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 17 sentyabr saat 11:00-da başlayacaq yürüş hərbi orkestrin müşayiəti ilə Bayraq Meydanından start götürərək Zəfər Parkında başa çatacaq.

Tədbir çərçivəsində gənclərin hazırladığı rəsmlərdən ibarət sərgiyə də baxış keçiriləcək.