Ramilə Seyidova Çomaxtur kəndində vətəndaşları qəbul edəcək

Ramilə Seyidova Çomaxtur kəndində vətəndaşları qəbul edəcək

10 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın avqustun 14-ü saat 10:00-da  Şərur rayonunun Çomaxtur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında vətəndaşlarla görüşü keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.