NDU-da 2026/2027-ci tədris ili üzrə pedaqoji ixtisaslara neçə plan yeri ayrılıb?

NDU-da 2026/2027-ci tədris ili üzrə pedaqoji ixtisaslara neçə plan yeri ayrılıb?

10 Avqust 2026

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı pedaqoji ixtisaslar üzrə plan yerləri və illik təhsil haqları məlum olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" saytı “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planı əsasında pedaqoji ixtisaslar üzrə qəbul aparan ali təhsil müəssisələrini, ayrılan plan yerlərini və illik təhsil haqlarını təhlil edib.

Məlum olub ki, I, II, III, IV və V ixtisas qruplarında müəllim hazırlığı aparılan proqramlarda illik təhsil haqqı universitet, ixtisas, tədris dili və filialdan asılı olaraq fərqlənir.

I ixtisas qrupu

Naxçıvan Dövlət Universitetində Fizika müəllimliyi üzrə 15 yer1600 manat, Riyaziyyat müəllimliyi üzrə 15 yer1700 manat, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 15 yer1700 manat, Texnologiya müəllimliyi üzrə 15 yer1700 manat müəyyənləşdirilib. Tədrisi ingilis dilində Riyaziyyat müəllimliyi üzrə 15 yer ayrılıb, illik ödəniş 1800 manatdır.

II ixtisas qrupu

Naxçıvan Dövlət Universitetində Coğrafiya müəllimliyi üzrə 15 yer ayrılıb, illik təhsil haqqı 1600 manatdır.

III ixtisas qrupu

Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 20 yer1600 manat, Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 20 yer1800 manat, fransız, alman və rus dilləri üzrə Xarici dil müəllimliyinin hər birində 10 yer1100 manat, İbtidai sinif müəllimliyi və Tarix müəllimliyinin hər birində 15 yer1600 manat, Məktəbəqədər təhsil üzrə 15 yer1600 manat nəzərdə tutulub.

IV ixtisas qrupu

Naxçıvan Dövlət Universitetində Biologiya müəllimliyi və Kimya müəllimliyinin hər biri üzrə 15 plan yeri ayrılıb, illik təhsil haqqı 1600 manatdır.

V ixtisas qrupu

Naxçıvan Dövlət Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə 30 yer1700 manat, Musiqi müəllimliyi üzrə 15 yer1500 manat, Təsviri incəsənət müəllimliyi üzrə 15 yer1600 manat müəyyənləşdirilib.