Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb -

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılıb - SƏRƏNCAM

10 Avqust 2026

Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.