Azərbaycanın Malayziyadakı səfiri geri çağırılıb -

Azərbaycanın Malayziyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM

07 Avqust 2026

İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyadakı, eyni zamanda Bruney Darüssalamdakı səfiri vəzifəsindən geri çağırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.