İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik

İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik

17 Sentyabr 2026

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gələn ay Azərbaycana səfər edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevaya deyib.

Prezident bildirib ki, bu yaxınlarda Bişkekdə Kasım-Jomart Kemeleviçlə görüşdük və gələn ay onu yenidən Azərbaycanda gözləyirik.