Naxçıvan Dövlət Universitetinin müəllimi Elşən Nəsirov vəfat edib

Naxçıvan Dövlət Universitetinin müəllimi Elşən Nəsirov vəfat edib

10 Avqust 2026

Naxçıvan Dövlət Universitetinin (NDU) “İqtisadiyyat və marketinq” kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Elşən Nurəddin oğlu Nəsirov 29 sentyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində alıb. 1979-cu ildə Bakı Politexnik Texnikumuna qəbul olub və 1983-cü ildə həmin təhsil müəssisəsini bitirib.

Əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhərində texnik vəzifəsində başlayan Elşən Nəsirov sonrakı illərdə müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışıb.

2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetinin Humanitar Elmlər kafedrasında müəllim, 2002–2011-ci illərdə isə Naxçıvan şəhərində fəaliyyət göstərən “İdeal” firmasının direktoru vəzifəsində işləyib. Sonrakı dövrlərdə də müxtəlif müəssisələrdə rəhbər və mütəxəssis kimi fəaliyyətini davam etdirib.

Elşən Nəsirov 2020-ci ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasında müəllim kimi çalışıb. O, uzun illər ərzində əldə etdiyi bilik və təcrübəni tələbələrlə bölüşərək gənc nəslin yetişməsinə töhfə verib.

Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və kollektivi Elşən Nəsirovun vəfatından kədərləndiyini bildirərək mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!