Kolleclərə ixtisas seçimində 7 mindən çox şəxs qeydiyyatdan keçib
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi 9 avqust saat 23:59-dək davam edəcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə DİM-dən məlumat verilib.
7 avqust saat 09:45-ə olan məlumata əsasən 7437 abituriyent (Azərbaycan bölməsi - 7084; rus bölməsi - 353) artıq ərizəsini təsdiq edib.








