İctimai qaydanın kobud pozulması nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə hansı hərəkətlər başa düşülməlidir?
Cavab: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarında qeyd edilir:
İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı








