Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq

19 Avqust 2026

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, Birinci Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu, Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də dəfn ediləcək.

Onlardan Çümşüd Məmmədov Laçın şəhəri Şəhidlər xiyabanında, Sərdar İsmayılov Neftçala rayonu Astanli kənd qəbrstanlığında, Vaqif Məhərrəmov Neftçala şəhəri, Şəhidlər xiyabanında, Mürşüd Nərimanov İmişli rayonu Məzrəli kənd qəbristanlığında, Akif Qurbanov isə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.