NDU-da V ixtisas qrupu üzrə plan yerləri açıqlanıb

NDU-da V ixtisas qrupu üzrə plan yerləri açıqlanıb

19 Avqust 2026

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə plan yerləri müəyyənləşib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetinin Qazax filialında fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına 30 yer ayrılıb.

Naxçıvan Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 30, musiqi müəllimliyinə 15, təsviri incəsənət müəllimliyinə 15, aktyor sənətinə 10, bəstəkarlığa 3, dirijorluğa 3 yer ayrılıb. Tar, kamança, qarmon, balaban, qanun, nağara və saz üzrə instrumental ifaçılığın Azərbaycan bölməsinə 10, rus bölməsinə 5 plan yeri verilib.

Fortepiano üzrə instrumental ifaçılığa 15, violin, viola, violonçel və kontrabas üzrə instrumental ifaçılığa 5, fleyta, klarnet, saksofon, truba, trombon, qoboy, valtоrna, faqot, tuba və zərb alətləri üzrə instrumental ifaçılığa 5 yer ayrılıb. Musiqişünaslıq üzrə Azərbaycan bölməsinə 5, rus bölməsinə 10, rəngkarlığa 5, vokal sənətinə 10 yer verilib.

Universitetdə atletika üzrə məşqçiliyin Azərbaycan və rus bölmələrinin hər birinə 17, voleybol üzrə məşqçiliyin Azərbaycan bölməsinə 17, rus bölməsinə 16, futbol üzrə məşqçiliyin Azərbaycan bölməsinə 16, rus bölməsinə 17 plan yeri ayrılıb.