Naxçıvanda bitkiçilik məhsullarının yığımında artım qeydə alınıb

Naxçıvanda bitkiçilik məhsullarının yığımında artım qeydə alınıb

20 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1 avqust 2026-cı il tarixinə olan məlumatına görə, muxtar respublikada bitkiçilik məhsullarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq artım baş verib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məhsul toplanışı prosesi uğurla davam edir və bir çox kənd təsərrüfatı sahələrində yüksək göstəricilər əldə olunub.

Hesabat dövründə qarğıdalı nəzərə alınmadan 45 min 778,1 ton dənli və dənli paxlalı məhsullar toplanıb ki, bu da ötən illə müqayisədə 21,6 faiz çoxdur. Eyni zamanda kartof yığımı 2,3 dəfə artaraq 24 min 911,9 tona, meyvə və giləmeyvə istehsalı isə 2,8 faiz artaraq 24 min 6,9 tona çatıb. Tərəvəzçilik sahəsində də müsbət dinamika qeydə alınıb; belə ki, toplanmış tərəvəz məhsullarının həcmi 2,7 faiz artımla 15 min 332,9 ton təşkil edib.

Bostan məhsulları və tütün istehsalında da kəskin artım templəri müşahid olunur. Mövsüm ərzində 2 min 957,4 ton bostan məhsulu yığılıb ki, bu da əvvəlki ilin göstəricisindən 71,1 faiz yüksəkdir. Ən böyük nisbi artım isə tütün yığımında qeydə alınıb; muxtar respublikada tütün istehsalı 6,7 dəfə artaraq 16,1 tona yüksəlib.