Azərbaycanda Tuğ Enoturizm Təcrübə Mərkəzi yaradılacaq

Azərbaycanda Tuğ Enoturizm Təcrübə Mərkəzi yaradılacaq

20 Avqust 2026

Azərbaycanda Bayıl Kulinariya Təcrübə Mərkəzinin və Tuğ Enoturizm Təcrübə Mərkəzinin (Şərab Zavodu və üzüm bağları) yaradılması hədəflənir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, Proqramda "Milli dadlar" elektron qastronomiya portalının təkmilləşdirilməsi məqsədilə, portalındakı məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası, portalın beynəlxalq və yerli arenada təbliğ edilməsi yer alıb.

Eyni zamanda azı 1 beynəlxalq qastronomiya-tədbirinin, seçilmiş qastronomiya regionlarında 5 festivalın təşkili, 200 aşpazın beynəlxalq dərəcəli sertifikat əldə etməsi, 4 beynəlxalq statuslu açıq çempionatın keçirilməsi, 400 aşpazın iştirakının təmin edilməsi və bilik və bacarıqlarının təkmiləşdirilməsi, 80 əcnəbi mütəxəssisin cəlb edilməsi yolu ilə təcrübə mübadiləsinin təşkili, ümumilikdə 500 min nəfər beynəlxalq media əhatəsinin təmin edilməsi Proqramın hədəfləri sırasındadır.