Naxçıvanda elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Avqustun 21-də Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, fasilə 110/35/10 kV-luq Koroğlu yarımstansiyasında “AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar olacaq.
Belə ki, avqustun 21-də saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Abbas Zamanov, Gəray Əsədov, Behbud ağa Şahtaxtinski, Məmməd Səid Ordubadi, 1-ci və Sabir küçələrində, həmçinin 9, 10, 11, 7A, Qoçüstü və Yeni Naxçıvan məhəllələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.








