Naxçıvanda turizm gəlirləri azalıb

Naxçıvanda turizm gəlirləri azalıb

21 Avqust 2026

2026-cı ilin birinci rübündə Naxçıvanda turizm gəlirləri və gecələmələrin sayı azalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət Turizm Agentliyi bu barədə "Modern.az"-ın sorğusuna bildirib ki, cari ilin ilk üç ayında Naxçıvanda turizm gəlirləri 30 milyon 296,5 min manat təşkil edib.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 36 faiz azdır. Belə ki, ötən ilin ilk rübündə Naxçıvanda turizm gəlirləri 47 milyon 493,3 min manat olub.

Gecələmələrin sayında da azalma qeydə alınıb. 2026-cı ilin ilk rübündə Naxçıvanda 388 min 921 gecələmə həyata keçirilib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 616 min 997 olub.

Beləliklə, bir il ərzində gecələmələrin sayı 228 min 76 və ya təxminən 37 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin yekunlarına əsasən Naxçıvanda turizm gəlirləri 196 milyon 906,1 min manat, gecələmələrin sayı isə 3 milyon 129 min 789 təşkil edib.

2026-cı ilin ilk rübünün göstəriciləri Naxçıvanda turizm sektorunda mövsümi amillərlə yanaşı, turist axınının və gecələmə müddətinin dəyişməsinin də gəlirlərə təsir etdiyini göstərir.