Naxçıvanda keçirilən hərracların sayı 2,4% artıb

Naxçıvanda keçirilən hərracların sayı 2,4% artıb

21 Avqust 2026

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib.

Naxçıvan MR İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, özəlləşdirmədən daxil olan 137,9 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.

Cari ilin 7 ayında muxtar respublikada 43 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 2,4 faiz çox olub.