Qırmızı işıqda telefonla danışmağa görə cərimə qanunidirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşıqforun qırmızı işığında avtomobilimlə dayanan zaman mobil telefonla danışdığıma görə cərimə edilmişəm. Həmin cərimə qanunidirmi?
Cavab: Bəli, qanunidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadəsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Sürücü işıqforun qırmızı işığında dayansa belə, bu, hərəkət prosesinin bir hissəsi hesab olunur. Avtomobil yolun hərəkət hissəsindədir və sürücü nəqliyyat vasitəsinin idarə edilməsini davam etdirir.
Sual Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli tərəfindən cavablandırılıb.








