Bağışlama nə vaxt imtina hüququ olmadan ləğv edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir.
Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.
Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırılıb.








