Naxçıvanda qəza baş verib, xəsarət alanlar var

Naxçıvanda qəza baş verib, xəsarət alanlar var

23 Avqust 2026

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə şəhərin 21-ci məhəlləsində qeydə alınıb. Belə ki, 71-BB-947 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə 72-BG-196 dövlət qeydiyyat nişanlı “Ssang Yong” markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1963-cü il təvəllüdlü Cəfərova Rüfət Əyyub qızı, 1958-ci il təvəllüdlü Cəfərova Fatma Cəfər qızı, 1982-ci il təvəllüdlü Babayeva Gülnarə Məmməd qızı və 1981-ci il təvəllüdlü Qəhrəmanova Aliyə Hümbət qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.