Naxçıvanın ən gənc tələbəsi 16 yaşındadır

Naxçıvanın ən gənc tələbəsi 16 yaşındadır

26 Avqust 2026

2026-2027-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

Ən gənc tələbə Gülşən Məmmədli 621.2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına, ən yaşlı tələbə Elbrus Hüseynov isə subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunub.