Şahbuzun Nursu kəndində yollar əsaslı təmir olunacaq
Şahbuz rayonunun Nursu kəndində avtomobil yollarının əsaslı təmirinə başlanılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.
Məlumata görə, təmir işlərinin aparılması “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC-yə həvalə edilib. Bu məqsədlə şirkətlə müqavilə bağlanıb.
Yol təmiri işlərinə 1 milyon 752 min 214 manat vəsait sərf olunacaq.








