Naxçıvanda yüksək sürətli internet xidmətinin əhatə dairəsi genişlənir

Naxçıvanda yüksək sürətli internet xidmətinin əhatə dairəsi genişlənir

26 Avqust 2026

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC tərəfindən yüksəksürətli internet xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhərinin İstiqlal küçəsində yaşayan sakinlər artıq GPON texnologiyası əsasında yüksəksürətli fiber-optik internet xidmətinə qoşula bilərlər.

Xidmət üzrə aylıq tariflər aşağıdakı kimidir:

- 20 Mbit/s – 15 manat

- 40 Mbit/s – 18 manat

- 50 Mbit/s – 25 manat

- 70 Mbit/s – 32 manat

- 80 Mbit/s – 39 manat

- 200 Mbit/s – 69 manat

- 300 Mbit/s – 99 manat

- 500 Mbit/s – 149 manat

İnternet xidmətinə qoşulma və modem ödənişsiz həyata keçirilir.

Xidmətə qoşulmaq istəyən sakinlər "nptm.gov.az" saytı vasitəsilə müraciət edə bilərlər.