Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri artıb

16 Avqust 2026

Azərbaycanın informasiya və rabitə xidmətlərinin dəyəri üzrə yanvar-iyul aylarında artım qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" adlı hesabatında bildirilib.

Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda 2 milyard 378,6 milyon manat dəyərində informasiya və rabitə xidmətləri göstərilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,4% artıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76,818 milyard manatlıq ÜDM istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% artıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalaraq 22,917 milyard manat, qeyri-neft-qaz sektorunda isə 2,2% artaraq 53,901 milyard manat təşkil edib.