Tramp İranı “ağ bayraq” qaldırmağa çağırdı
İran təslim olduğunu bildirən “ağ bayraq” qaldırmalıdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”un beynəlxalq müxbiri Trey Yinqstlə telefon söhbətində bildirib.
Jurnalist müsahibədə Ağ Evin rəhbərinin İran və Oman arasında gedən dialoqla bağlı fikirlərini öyrənməyə çalışıb.
Trampın cavabı olduqca sərt olub. O, Vaşinqtonun maneə kimi qiymətləndirəcəyi hər hansı addımın atılması halında sultanlığa qarşı hərbi əməliyyat keçirəcəyi ilə hədələyib.
Həmin söhbət zamanı Tramp İran məsələsinə də toxunaraq Tehranın “ağ kapitulasiya bayrağını qaldırmalı olduğunu” bildirib. Bununla yanaşı, prezident İran üçün heç bir zaman çərçivəsi müəyyənləşdirmədiyini və bu məsələdə tələsmədiyini vurğulayıb.








