Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb
Türkiyənin Yalova əyalətinin Çiflikköy qəsəbəsi ərazisində təlim zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə NTV məlumat verib.
Qeyd olunub ki, pilot qəza zamanı katapult edib.
Hazırda əraziyə yanğınsöndürmə və tibbi briqadalar cəlb olunub. Qəzanın səbəbləri araşdırmadan sonra məlum olacaq.








