Mühafizə orderi nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühafizə orderi nədir və hansı növləri vardır ?
Cavab: Qanunun 10.1-ci maddəsinə əsasən, zərər çəkmiş şəxsə məişət zorakılığından müdafiənin təmin edilməsi məqsədilə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilir.
Sual Babək rayon Prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Gülçin İsgəndərova tərəfindən cavablandırılıb.








