Həmyerlimiz Avropa birinciliyində 3 gümüş medal qazanıb

Həmyerlimiz Avropa birinciliyində 3 gümüş medal qazanıb

27 Avqust 2026

Kosovonun Priştina şəhərində ağırlıqqaldırma üzrə U15 və yeniyetmələr arasında Avropa birinciliyi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışda 85 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi, Şərur Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Fəxrəddin Allahverdiyev uğurlu nəticə göstərib.

İdmançımız birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq nəticə göstərərək hər iki hərəkətdə gümüş medal qazanıb. Fəxrəddin Allahverdiyev iki hərəkətin cəmində 272 kq nəticə ilə də ikinci olub və yarışın 3 gümüş medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan milli komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurub.

Fəxrəddin Allahverdiyevin bu nəticəsi Şərur məktəbinin yetirmələrinin beynəlxalq arenada qazandığı uğurlar sırasına daha bir nailiyyət əlavə edib.