Naxçıvan idmançılarından Qarsda möhtəşəm nəticə - FOTO
Türkiyənin Qars şəhərində 8–10 avqust 2026-cı il tarixlərində kikboksinq üzrə beynəlxalq turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Azərbaycan, Türkiyə, Gürcüstan, Əfqanıstan, Livan, İran və Ermənistan idmançılarının iştirak etdiyi yarışda Naxçıvan Muxtar Respublikasını 2 məşqçi-müəllimin rəhbərliyi ilə 35 idmançı təmsil edib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə Naxçıvan idmançıları yüksək nəticə göstərərək 22 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 34 medal qazanıblar.
Qızıl medal əldə edən idmançılar:
Hüseynli Tural (30 kq), Şükürlü Hakim (32 kq), Səfərli Elmir (37 kq), Cəfərli Əyyub (33 kq), Cəfərov Rafiq (32 kq), Qurbanov Eldəniz (30 kq), Əliyev Nəsir (37 kq), Seyidov Mövlan (42 kq), Şükürlü İlham (42 kq), Əliyev Ülvü (48 kq), Nəcəfov Ələmdar (45 kq), Həsənli Polad (51 kq), Xəlilli Ayhan (60 kq), Həziyev Turan (68 kq), Sadiqov Əli (79 kq), Əliyev Uğur (57 kq), Behbudov Hüseyn, Quluzadə Rəşit, Əsgərov Rəvan, Qocayeva Ayşə, Abbasov Turan və Salmanov Zakir.
Gümüş medal qazananlar isə Həsənov İlqar (28 kq), Seyidov Xəyal (47 kq), Xəlilli Orxan (47 kq), Qafarov Yusuf (45 kq), Mütəllimli Davud (47 kq), Dadaşov Asim (51 kq), İsmayılov Həsən (57 kq), Qəribli Emil, Rzazadə Nurlan, Cəbiyev Yusif, Hüseynov Yusif və Mehdizadə Xaliq olub.
Beləliklə, Naxçıvan təmsilçiləri beynəlxalq turnirdə 34 medalla komanda olaraq uğurlu çıxış edərək muxtar respublikanın kikboksinq üzrə potensialını bir daha nümayiş etdiriblər.











