Naxçıvan idmançıları LFC turnirində 43 medal qazanıblar
Bakıda MMA və qrapplinq idman növləri üzrə LFC (Legion Fight Championship) turniri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sərhədçi İdman Olimpiya Mərkəzində Azərbaycan MMA və Grappling Federasiyası və “Turan” Döyüş Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 46 klubdan 444 idmançı iştirak edib.
Turnirdə Naxçıvan Muxtar Respublikasını “Turan” Döyüş Klubu təmsil edib. Baş məşqçi Xəyal Abdullayevin rəhbərlik etdiyi heyətdə 22 idmançı və 1 məşqçi yer alıb.
Gərgin mübarizə şəraitində keçən yarışda Naxçıvan təmsilçiləri 26 qızıl və 17 gümüş olmaqla ümumilikdə 43 medal qazanıblar.
Rzayev Salman (25 kq), Hüseynli Tunar (59 kq), Cəfərov Əbülfəz (59 kq), Quluzadə Yusif (50 kq), İsmayılov Qadir (76 kq), Alməmmədov Ravil (76 kq) və Heydərov Əsgər (71 kq) həm MMA, həm də qrapplinq üzrə qızıl medal əldə ediblər.
MMA üzrə Babazadə Əli, Kazımov Əli, Hüseyinzadə Kənan, Abdullayev Musa, Muradov Elxan, Axundov Ərturan və Həziyev Nəsimi, qrapplinq üzrə isə Kərimov Məhəmməd, Əzimli Yusif, Abdullayev Tunar, Quluzadə Rəhim və Tağıyev Cəmaləddin öz yaş və çəki kateqoriyalarında bütün rəqiblərini məğlub edərək turnirin qalibi olublar.
Yarışın yekunlarına əsasən, “Turan” Döyüş Klubu komanda hesabında II yerə layiq görülüb.








